mobil versiya

Adil Qeybulla: “Həkimlər onun həyatı ilə çarpışırlar...”




Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyil. Onun sözlərinə görə, bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edib:

    
"Baş-beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi.
                                                 
    
Hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar”.

    
Qeyd edək ki, bir neçə gün öncə sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. Koma vəziyyətində o, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan İsgəndər Həmidov fevralın 5-də "City" hospitala köçürülüb.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 13-02-2020, 12:18