mobil versiya

Avropada avtomobil istehsalı müvəqqəti dayandırılır




Fransanın aparıcı avtomobil istehsalçısı “PSA Group” koronavirus infeksiyasının yayılmasını nəzərə alaraq, martın 27-nə qədər Avropadakı müəssisələrini bağlayır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, söhbət “Pegeot”, “Citroen”, DS brendlərinin Fransa, İspaniya, Portuqaliya və Slovakiyada, “Opel” brendinin Almaniya və Polşada, “Vauxhall” brendinin isə Böyük Britaniyada istehsalının müvəqqəti dayandırılmasından gedir.

Bu addım həm də bazarda tələbatın kəskin azalması və hissə tədarükündəki çətinliklərlə də bağlıdır.

Bundan əvvəl İtaliyadakı “Fiat Chrysler Automobiles” (FCA) də bənzər amilləri əsas tutaraq martın 27-nə qədər “Fiat” və “Maserati” brendlərinin İtaliya, Serbiya və Polşada istehsalını dayandırdığını elan etmişdi.

Bununla yanaşı, Fransadakı “Renault” da ötən gün axşamdan ölkədəki 12 müəssisəsini bağladığını açıqlayıb. Bu tədbir 18 min əməkdaşı əhatə edib. Başqa ölkələrdəki müəssisələrin isə fəaliyyətinin yerlərdəki vəziyyətdən asılı olacağı bildirilib. Həmçinin hissə tədarükündəki çətinliklər üzündən ötən gün İspaniyada iki müəssisənin da bağlanıldığı bildirilmişdi.

Qeyd edək ki, “Renault" Avropada “Volkswagen Group” və PSA Group”dan sonra 3-cü ən böyük avtomobil istehsalçısıdır. Fransa prezidenti Emanuel Makronun bu günlərdə komendant saatı da daxil olmaq şərtilə yeni məhdudlaşdırıcı tədbirləri açıqlayacağı gözlənilir.

Avropanın “Ferrari”, “Lamborghini”, “Seat” kimi iri avtomobil istehsalçıları da müəssisələrinin hamısını və yaxud bəzilərini bağlayacaqlarını açıqlayıblar. “Volkswagen” isə Slovakiyadakı müəssisələrini bağlamağa başlayıb. Dünən paytaxt Bratislavada yerləşən ən böyük müəssisə bağlanıb. Burada təxminən 20 min işçi çalışır.

Həmçinin İspaniyada “Ford”, “Volkswagen”, “Nissan” və “Renault”a məxsus müəssisələr hissə tədarükündəki çətinliklər üzündən bir neçə günlük fəaliyyətini dayandırıb.
SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT
Baxılıb: 17 Tarix: 17-03-2020, 17:40


Şərh bildir
yenilə, əgər kod görünmürsə