mobil versiya

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi




Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

REPORTYOR.AZ-ın Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Zaur Qədirov Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Suraxanı RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 2-03-2021, 10:09