mobil versiya

Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin sayı artacaq - Millət vəkili




“Azərbaycan vətəndaşlığı üçün müraciət edən Qarabağdakı ermənilərin sayı artacaq”.


Bunu açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.



Millət vəkili iki erməninin vətəndaşlıq üçün Azərbaycan Prezidentinə müraciəti barədə danışıb:


“Qarabağdakı ermənilər 30 ildən çox Ermənistan hakimiyyətinin təsiri altında olub və onların çirkin siyasi niyyətlərinin qurbanına çevriliblər. Artıq sadə ermənilər Azərbaycanda olan inkişafı, bölgədə gedən prosesləri, Qarabağda iki il müddətində baş verən inkişafı görərək, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlər. Halbuki 30 il ərzində Qarabağı dağıdan, viran qoyan ermənilər idi. Əlbəttə ki, orda yaşayan hər bir insan öz gələcəyini düşünür. Sadə ermənilərin bəziləri dərk edirlər ki, sovet dövründə və ondan əvvəl Azərbaycanla birgə yaşayıblar. Bu prosesləri nəzərdən keçirərək, sakit yaşamaq istəyir və Prezident İlham Əliyevə vətəndaşlıq üçün müraciət edirlər. Düşünürəm ki, bu müraciətlərin sayı artacaq. Bu, ölkə başçısının çoxşaxəli, uğurlu fəaliyyətininin nəticəsidir. İrəvandakılar orada yaşayan sadə insanları daim təzyiq altında saxalayıblar. Ona görə də bu insanlar Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirirlər”.

KARUSEL / GÜNDƏM
Tarix: 8-08-2022, 14:00