SÜLHMƏRAMLILARDAN BAYRAĞIMIZA QARŞI HÖRMƏTSİZLİK - VİDEO YAYILDI
Rusiya sülhməramlı qüvvələri Laçın nəzarət-buraxılış məntəqəsinin yaxınlığındakı Həkəri çayının üzərindəki körpüdə ucaldılan bayrağımıza qarşı hörmətsizlik ediblər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Paylaşılan videoda sülhməramlıların Azərbaycan bayrağının asıldığı dirəyi aşımaları əks olunub.
Qeyd edək ki, video 15 iyun 2023-cü il tarixdə qeydə alınıb. Həmin gün Laçın buraxılış keçid məntəqəsində insdent baş vermişdi. Ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərinə atəş açmışdı. Nəticədə hərbçimiz yaralanmışdı. Lakin indiki görüntülər bu zamana qədər heç bir yerdə yayılmamışdı.
KARUSEL / GÜNDƏM
Tarix: 7-07-2023, 14:38