mobil versiya

Mülki ermənilər Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər (VİDEO)



Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib.
Bununla bağlı videogörüntüdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Görüntülərdən də aydın olduğu kimi, Qarabağın erməni əhalisi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə sərhəd-buraxılış məntəqəsindən keçiblər.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.




KARUSEL / GÜNDƏM
Tarix: 7-07-2023, 13:14