mobil versiya

Fevral ayının sosial ödənişləri başa çatıb



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.
Nazirlikdən verilən xəbərə görə, bundan əvvəl – fevralın 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin fevral ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.
KARUSEL / SOSİAL
Tarix: 23-02-2024, 19:00