mobil versiya

Baş naziri güllələyən yazıçı danışdı



Ötən gün Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən və ağır yaralayan 71 yaşlı yazıçı və fəal Yuray Sintulanın polis bölməsindəki yeni görüntüləri ortaya çıxıb.

Hücumdan sonra saxlanılan Sintula polisə verdiyi ifadədə sui-qəsd əməlini yalnız bir cümlə ilə - “hökumətin siyasətini bəyənmirəm”,-deyə izah edib. O, başq heç bir şərh verməyib.
Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitso hökumət iclasını tərk etdikdən sonra silahlı hücuma məruz qalıb. Bir neçə güllə yarası olan nazir dərhal xəstəxanaya çatdırılıb və əməliyyata götürülüb. Həkimlər əməliyyatın uğurlu keçdiyini, baş nazirin hazırda süni koma vəziyyətində olduğunu bildiriblər. Məlumata görə, baş nazir çoxlu qan itirsə də, güllələr heç bir əsas damarı zədələməyib.
Qeyd edək ki, hakimiyyətə gəldikdən sonra Ukraynaya yardımları dayandıran Robert Fitso Rusiyayönlü siyasətçi kimi tanınır. ("AzPolitika.info")






KARUSEL / DÜNYA
Tarix: 16-05-2024, 12:08