Küləkli hava şəraiti ilə bağlı narıncı və sarı xəbərdarlıq
Avqustun 7-si gündüzdən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və “narıncı” xəbərdarlığa uyğun olaraq arabir 20.8-28.4 metr/saniyə təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 7-8-də bölgələrdə “sarı” xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, İmişli, Beyləqan, Sabirabad, Şirvan, Salyan, Saatlı, Biləsuvar, Füzuli, Cəbrayıl, Cəlilabad, Yardımlı, Lerik, Şahbuz, Ordubad, Culfa, Qobustan, Şabran, Xızı, Xaçmaz, Siyəzən, Neftçalada fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti saniyədə 13.9-20.7 metr olacaq.
KARUSEL / ÖLKƏ
Tarix: 7-08-2024, 11:03