COP29 aviaşirkətin fəaliyyətinə təsir göstərməyəcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) fəaliyyətinə təsir göstərməyəcək.
Bu barədə AZAL-ın yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, noyabrın 11-dən 22-nə kimi keçiriləcək COP29 tədbiri zamanı bütün beynəlxalq uçuşlar müəyyən olunmuş cədvələ uyğun olaraq normal rejimdə yerinə yetiriləcək və heç bir reysin ləğv edilməsi nəzərdə tutulmayıb. Sərnişinlər səyahətlərini mövcud uçuş cədvəlinə uyğun planlaşdıra bilərlər.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-09-2024, 11:45