mobil versiya

Polis 6 kiloqram narkotiki dövriyyədən çıxardı




Daxili işlər orqanları tərəfindən naktotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayan A.Məhərrəmovun evindən 2 kiloqram marixuana aşkar edilərək götürülüb. 

Kəpəz RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Qoşqarov saxlanlıb. Şəxsi axtarış zamanı ondan, təqribən, 3,6 kiloqram marixuana aşkar edilərək götürülüb. 

Neftçala RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Yenikənd kənd sakini Z.Nağıyevdən isə şəxsi axtarış zamanı 445 qram marixuana aşkar edilərək götürülüb. 



KARUSEL / HADİSƏ
Tarix: 17-02-2020, 17:40