mobil versiya

Böyük Britaniya Suriyaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırır




Böyük Britaniya hökuməti Suriyaya qarşı sanksiya rejiminə düzəlişlər etmək üçün yeni tədbirlər görəcək.

Reportyor.az xəbər verir ki, bu barədə Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə Dövlət naziri Stiven Doughty verdiyi açıqlamada deyib.

Nazir əlavə edib ki, düzəlişlər enerji, nəqliyyat və maliyyə sektorlarında məhdudiyyətlərin yumşaldılmasını və humanitar yardımın daha da dəstəklənməsi müddəasını əhatə edəcək.

"Hökumət Bəşər Əsəd və onun tərəfdaşlarını Suriya xalqına qarşı hərəkətlərinə görə hesaba çəkdirməkdə qərarlıdır. Biz keçmiş rejimin üzvlərinə qoyulan aktivlərin dondurulması və səyahət qadağalarının qüvvədə qalmasını təmin edəcəyik", - bəyanatda deyilir.
KARUSEL / DÜNYA
Tarix: 14-02-2025, 11:13