mobil versiya

HƏMAS: "Qəzzada atəşkəslə bağlı çıxılmaz vəziyyət fonunda tərksilah qırmızı xəttdir"





"Tərksilah onun hərəkatı və digər Fələstin yaraqlı qrupları üçün kövrək Qəzzada atəşkəsin uzadılması üzrə danışıqlarda qırmızı xəttdir".

Reportyor.az xəbər verir ki, bunu HƏMAS lideri Sami Əbu Zuhri deyib.

“Müqavimətin silahları ilə bağlı hər hansı söhbət cəfəngiyyatdır. Müqavimətin silahları HƏMAS və bütün müqavimət qrupları üçün qırmızı xəttdir”, – Əbu Zuhri İsrailin xarici işlər naziri Gideon Saarın yanvar atəşkəsinin ikinci mərhələsinə keçmək üçün Qəzzanın tam silahsızlaşdırılmasını tələb etməsindən qısa müddət sonra deyib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:05