mobil versiya

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI



Azərbaycanda 2020-ci ilin yanvar və fevral aylarında uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış oğlan uşaqlarına bu ilin ötən dövründə qoyulan adlar arasında Yusif (468),  Uğur (409), Əli (391), Hüseyn (382), Məhəmməd (254), Ömər (252), Murad (216), Ayxan (202), Raul (189) və Tunar (187) üstünlük təşkil edib.
Eyni zamanda cari ilin ötən dövründə qız uşaqlarına daha çox Zəhra (492), Məryəm (367), Zeynəb (341), Mələk (305), Nuray (295), Fatimə (285), Aylin (271), İnci (224), Nilay (224) və Ayan (199) adları qoyulub.

KARUSEL / SOSİAL / ÖLKƏ
Tarix: 4-03-2020, 12:28