mobil versiya

Qətər və Ruanda ikitərəfli münasibətləri gücləndirmək niyyətindədir




Ruandada səfərdə olan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani Prezident Pol Kaqame ilə görüşdə iki dost ölkə arasında ikitərəfli münasibətləri və onları müxtəlif sahələrdə gücləndirmək və inkişaf etdirmək yollarını müzakirə edib.

Bu barədə Qətər yerli mətbuatı məlumat verib.


Görüşdə həmçinin birgə maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub. Bu, Prezidentin Ruandanın şərq əyalətindəki Buqeseradakı qərargahında keçirilən ikitərəfli görüş zamanı baş tutub.



Ruandada olarkən Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani daha sonra şərq əyalətinin Buqisira bölgəsindəki Prezident fermasına ekskursiya edib. Əmir ekskursiya zamanı çəkdirdiyi şəkilləri sosial şəbəkə hesabında paylaşıb.

Şəkillər izləyicilər tərəfindən maraqla qarşılanıb.



Reportyor.az


KARUSEL / SİYASƏT
Tarix: 21-11-2025, 16:09