SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
Quba rayonu ərazisində 3.3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən reportyor.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:17-də Xınalıq stansiyasından 10 km şimal-şərqdə qeydə alınıb.
Ocağı 38 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
MANŞET / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 28-09-2019, 03:40