mobil versiya

Nərminin qatili ilə bağlı sərt sözlər: "Dərisi soyulmalıdır" - VİDEO



10-cu doğum gününü görməyən Nərmin Quliyeva. Bu aralar hər kəs bu mələkdən danışır. Çünki hər birimizin ruhuna təsir etdi Nərminin ölümü. Vəhşilik, xəstəlik, manyaklıq...

Əslində bu cinayətə ad tapmaq da çətindir. Çünki nə ad versəkdə cinayətdən ötəsi var Nərminin ölümündə. Bəs cəmiyyətdə baş verən Nərmin qətillərinə səbəbkarlar kimlərdi? Cinayəti törədənlər?

10 yaşlı qızcığaz və ağlasığmaz cinayət. Ötən gün dəfn edilən Nərmin hələ uzun müddət danışılacaq. Baku.Tv xəbər verir ki, cəmiyyətdə böyük əks sədayə səbəb olan cinayət hadisəsi insanlar tərəfindən də pislənir.

Tovuzda baş verən hadisəni eşidmisiz? – Eşitmişəm. Çox pis olmuşam. Çox narahatıq əlbətdəki. Gərək olmayaydı belə şey. Gərək o öz cəzasına layiqincə çatsın.

Dərisi soyulmalıdır elə insanların. Belə insanlara cəmiyyətdə yer yoxdur. Son zamanlar çox mənfi hadisələr olur. Adam öldürmə, uşaq öldürmə, təcavüz halları.

- Valideyn olaraq övladlarınızı çölə buraxanda narahat olursuz? – Əlbətdəki. Söz yox, nəvələrimiz var.

Belə vicdansızları, manyakları görəndə narahat oluruq. Çalışırıq vaxtı-vaxtında xəbərimiz olsun. Dərsə getdi, nə vaxt gəldi.

Milliyyətindən asılı olmayaraqheç bir insana, insan olan şəxsə yaraş hərəkət deyil o. Övlad valideyn qayğısında olmalıdır.

Psixoloqlar hesab edir ki, belə cinayətin törədilməsi yalnız ciddi psixoloji problemi olan biri tərəfindən edilə bilər.

“Uşaqların bu cür əziyyət çəkməkləri, uşaqların bu zərərə uğraması bu təbii ki, psixoloji problemli insanlar tərəfindən törədilən və bura aid ola bilər, sırf psixoloji xəstəliklər, hansı ki, bu xəstəliklərin sayəsində onlar istər seksual istəklərini, istər psixoloji cərəyan edən ruhsal pozğuntularını uşaqların üzərində həyata keçirirlər”, - deyə psixoloq Xatirə Səfərova deyib.

Sosioloqlar cəmiyyətdə bu cür qatillərin yetişməməsi üçün insanlar arasında maarifləndirmə işlərinin düzgün aparılmalı olduğunun vacibliyinə diqqət çəkirlər.

“Cəmiyyətdə yaxşı olardı ki, bu kimi hadisələr cinayət törədildikdən sonra yox, törədilməzdən əvvəl insanlarla sosioloji psixoloji iş o dərəcədə aparılmalıdır ki, uşaqlara qarşı zorakılığ halları ümumiyyətlə baş verməsin. Belə hallara qarşı mübarizədə cəmiyyət tərəfindən də təpki olmalıdır. Cinayəti törədənlərə qarşı, onu bilib gizlədənlərə qarşıda cəmiyyətin bir ictimai qınağı olmalıdır”, - deyə sosioloq Rəşad Əsgərov söyləyib.
Nərminin cinayəti ilə bağlı bir sıra təfərrüatlar artıq məlumdur. Hüquq mühafizə orqanları da araşdırmaları davam etdirir. Hər halda hər kəsin istəyi cinayətkarın və ya cinayətkarların layiqli cəzasını almasıdır. Həqiqət isə ondan ibarətdir ki, həmin şəxs və ya şəxslər tutulacaq, məsuliyyətə cəlb olunacaq. Lakin bundan sonra nərminlərin ölməməsi üçün cəmiyyət dəyişməlidir. Gəlin susmamaqla yanaşı, cəmiyyətdə qatillərin yetişməsinə imkan verməyək.



MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 10-01-2020, 10:00