mobil versiya

Son dəqiqə! Türkiyə Qarabağa göndəriləcək hərbçilərlə bağlı rəsmi sənəd yaydı




Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyinə Azərbaycan qərar verəcək.


REPORTYOR.AZ “Anadolu”ya istinadən xəbər verir ki, bu, Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qanun layihəsində əksini tapıb. Sənədə əsasən, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycanın müəyyənləşdirəcəyi yerdə fəaliyyət göstərəcək. Qeyd olunub ki, Türkiyə hərbçi ilə yanaşı ehtiyac olarsa, Azərbaycana mülki əməkdaşlar da göndərəcək. Layihəyə əsasən, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçiriləcək. "Ölkəmizin öhdəliklərinə müvafiq olaraq, görülən bu iş Azərbaycanın ərazi bütövlüyünü qəbul edən beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarları və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prinsipləri ilə uyğun gəlməsi bölgə xalqlarına da əmin-amanlıq və rifahı üçün faydalı olacağı, həmçinin milli maraqlarımız baxımından lazım olduğu qiymətləndirilir”, - sənəddə qeyd olunub. Layihə Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.

MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 16-11-2020, 15:49