Azərbaycanlılar Xankəndinə QAYIDIR - Ermənilər ETİRAF ETDİLƏR
Xankəndindən olan azərbaycanlıların sayı erməniləri dəhşətə düşürüb. Indi onlar daha çox narahatdır, çünki azərbaycanlılar Xankəndinə qayıdır..
“Vestnik Kavkaza” saytı Azərbaycanın Statistika Komitəsinə istinadən Xankəndi şəhərindən olan azərbaycanlıların sayının 12 024 nəfər olduğunu yazıb. Əslən Xankəndidən olan azərbaycanlıların sayının açıqlanması Ermənistan hakimiyyətini və Qarabağ separatçılarını qorxuya salıb.
Belə ki, separatçıların başçısı Araik Arutunyanın “mətbuat katibi” Vaqram Poqosyan azərbaycanlıların Xankəndiyə qayıtmasını və onların real sayını şübhə altına alıb. Elə həmin gün Paşinyanın mətbuat katibi Mane Qevorqyan azərbaycanlıların Xankəndinə köçməyəcəyini deyib, bu məlumatı tirajlayan erməni KİV-lərini tənqid edib.
Göründüyü kimi, ermənilər hazırda “azərbaycanlılar qayıdır” təlaşı yaşayır və bundan çox ciddi narahat olduqlarını gizlədə bilmir.
Ekspertlər bu iki açıqlamanın daha çox narazı erməni kütləsinə hesablandığını düşünürlər. Onlar hesab edirlər ki, 44 günlük II Qarabağ savaşındakı darmadağından sonra İrəvanın küçələrini bürüyən aksiyaları səngitməyin əsas yolları bu cür yalanlar danışmaq, vədlər verməkdir.
Ekspertlər bildirirlər ki, Ermənini qorxuya salan əsas məsələlərdən biri də, bu demoqrafiq məsələlərdir. Çünki onlar belə bir tezislə müharibə başlamamışdan, hətta 30 il əvvəldən çıxış edirdilər ki, orada əhalinin say məsələsində 80% ermənilər, 20% də azərbaycanlılar olublar. Lakin bunun mif olduğu bir daha ortalığa çıxdı. Bu gün onlar nə qədər həmin rəqəmləri şişirtsələr də, eyni zamanda, əvvəllər də Dağlıq Qarabağ ərazisində yaşamayan, qeydiyyatı olmayan şəxsləri indi sülhməramlıların köməyi ilə gətirib əraziyə doldursalar da, yenə də ”faiz məsələsini" düzəldə bilmirlər. Düzəltmək imkanları da yoxdur. Deməli, müharibə tək səngərlərdə getmir, həm informasiya, həm də diplomatik səviyyədə müharibə gedir.
Bunları qorxudan həmin 12 min rəqəmidir. Artıq onların dedikləri faiz alınmır. Onların fikirləşdiyi balans pozula bilər. Lakin bu faktdır. Orada 80-ci illərdə qeydiyyatda olan azərbaycanlılar, eyni zamanda, onların ailələri gəlib yerləşdikdən sonra həmin demoqrafik qaydalar pozulur. Ümumiyyətlə, hansısa bir millətin öz müqəddaratını həll etməsindən yaxud hansısa bir statusdan danışa bilməzlər. Məhz buna görə də onlar ciddi narahatlıq keçirirlər. Düşünürəm ki, əsas elementlərtdən biri olan demoqrafik dəyişikliklər, aparılan demoqrafik işlər çox mühüm məsələdir. Buna görə ermənilər ciddi narahatdır. Azərbaycan dövləti, hakimiyyəti olaraq bu istiqamətdə müvafiq addımlar atılacaq və atılmaqdadır. Ona görə də, düşünürəm ki, biz tərəfdən hər hansı bir narahatçılığa heç bir əsas yoxdur. Necə deyərlər, Qarabağda Şuşa azərbaycanlıların mənəvi mərkəzi olduğu kimi, Xankəndi də ikinci əhəmiyyətli bir şəhərə çevrilə bilər.
Azərbaycanlılar Xankəndinə köçəcəklər, buna heç kəsin qətiyyən şübhəsi yoxdur. Əlbəttə, bunun reallaşması o qədər də asan deyil. Çünki orada hələ də erməni separatçıları var. Azərbaycanlıların təhlükəsizlik məsələləri həll olunmalıdır. Şübhə etmirəm ki, Xankəndidə Azərbaycanın qanunları işləyəcək və azərbaycanlılar ora rahat şəkildə girib-çıxacaqlar və vətəndaşlarımız da ora rahat şəkildə qayıdacaqlar. Erməni tərəfi indi ona görə haray-həşir salır ki, azərbaycanlıların ora qayıdacağını yaxşı bilirlər. Necə ki, Azərbaycan qarşısına məqsəd qoymuşdu ki, torpaqlarını işğaldan azad edəcək, buna ermənilər inanmırdılar. Amma bunu biz etdik. Bunu etdiksə, başqa işlərimizi də edəcəyik.
O cümlədən, Xocalını da əldə edəcəyik, çünki o yer bizim üçün müqəddəsdir. İndi sadəcə olaraq, qarşımızda duran əsas məsələ Qarabağdakı bütün ermənilərin tərksilah edilməsidir. Təəssüf ki, hələ bu baş vermir. Çünki Rusiya sülhməramlıları seyrçi qalıblar. Amma Azərbaycan Ordusu bunu reallaşdırmaqdadır. Təsadüfi deyil ki, Hadrut ətrafında 150-yə yaxın erməni əsir götürülüb, silahları əllərindən alınıb. Bu prosesi Rusiya sülhməramlıları etmirlər, etmək də istəmirlər. Müharibə olmasa da, antiterror əməliyyatını Azərbaycan Ordusu davam etdirəcək. Azərbaycanlılar gələcəkdə Xankəndinə, Xocalıya, Əskərana və digər yerlərimizə rahat şəkildə gedib-gəlmələrini təmin etmək lazımdır. Necə ki, sovet illərində o ərazilərdə yaşayırdılar. Bunu gec və ya tez təmin edəcəyik.
]
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 20-12-2020, 04:16