mobil versiya

“Arutunyanın bacısı Azərbaycanda yaşayır, istəsəniz görüşün” - İlham Əliyev



“Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu, burada adət olunan təcrübədir. Amma xeyr”.

REPORTYOR.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Azərbaycanda yaşayan ermənilər bizə verilən məlumata görə, qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?” sualına cavab olaraq deyib.

Dövlət başçısı bildirib ki, burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik: “Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır”.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 9-11-2020, 13:26