Qəhvənin türk mədəniyyətində rolu – qonaqpərvərliyin əvəzsiz elementi
Çoxlarının xoşladığı içki olan qəhvənin türk mədəniyyətində mühüm yeri var. Qəhvənin dəmləmə texnikası, aromatik dadı, fərqli köpüklü tərkibi və təqdimatı Türk qonaqpərvərliyinin və dostluğunun əvəzsiz elementidir.
Türkiyə ənənələrinin vacib hissəsi olan qəhvə insanları bir yerə toplamaqla, ictimailəşməyə kömək edən sosial vasitəçidir. Əsas görüşlər və ya yemək sonrası söhbətlər "Qəhvənizi necə istərdiniz?" sualı ilə başlayır. Canlandıran, enerji verən xüsusiyyətləri ilə tanınan Türk qəhvəsi özünəməxsus dadı və ənənəvi dəyərinə görə 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Türk qəhvəsinin UNESCO-nun siyahısına daxil olduğu tarix olan dekabrın 5-i, yəni sabah “Dünya Türk Qəhvəsi Günü” kimi qeyd olunur. Qeyd edək ki, qəhvə Türkiyəyə ilk dəfə Osmanlı Sultanı Qanuni Sultan Süleymanın (1520-1566) dövründə Yəmən vasitəsilə gətirilib.
XVI əsrin ortalarından etibarən İstanbulda ictimai qəhvəxanalar açılmağa başlanıb və qəhvə sosial həyatın mərkəzində yer alıb. Təsadüfi deyil ki, "kahvaltı" sözünün mənası "qəhvədən əvvəl" deməkdir.
“Qəhvənizi necə istərdiniz?”
Türk qəhvəsinin dəmlənməsi üsulu əsrlər boyu dəyişməz qalıb. Qəhvə “cevze” adlandırılan bənzərsiz bir qazanda soyuq suda toz qəhvəni dəmləməklə hazırlanır. Qəhvənin üstü məxmər köpüklə örtülüb qaynadıqdan sonra qəhvə stəkanlarına süzülür. Digər qəhvələrdən fərqli olaraq, türk qəhvəsi çöküntüsü ilə stəkanlara süzülür, bir stəkan su və şirniyyatlarla, əsasən məşhur türk lokumları ilə servis olunur.
Qəhvə dənələrinin dadı və hazırlanma üsulları ölkənin bölgələri daxilində maddələr və vərdişlər əsasında dəyişə bilər. Egey bölgəsindəki bütün mastik ağaclar, onlarla birlikdə mastik saqqız ilə türk qəhvəsi hazırlama ənənəsini gətirir. Püstə dənələrini qurutmaqla hazırlanan Menengiç qəhvəsi, Gaziantep və Cənubi-Şərqi Anadolu bölgəsində çox məşhurdur. Dibek qəhvəsi, mülayim ətri ilə xatırlanan, süd ilə servis edilən bənzərsiz bir türk qəhvəsi kimi olduqca məşhurdur. Sərt və acı bir qəhvə kimi tanınan Mırra qəhvəsinə isə Türkiyənin Cənub-Şərqi mahalları Şanlıurfa və Mardində üstünlük verilir.
Türk mədəniyyətində “qəhvə falı” da var. Qəhvə içildikdən sonra fincan boşqabın üzərinə tərs qoyulur və qəhvə tozunun yaratdığı formalar şərh edilir. Bu gözəl ənənə həm də Türk mədəniyyətinin gözəl bir parçasıdır.
MARAQLI / KARUSEL

Tarix: 4-12-2023, 18:46