Ukraynanın boru kəmərinə hücumundan sonra Rusiya neftinin Macarıstana axını dayanıb

Ukraynanın Macarıstana aparan boru kəmərinin transformator stansiyasına hücumundan sonra Rusiyadan Macarıstana xam neft axını dayandırılıb.
Bu barədə xarici işlər naziri Peter Siyarto Facebook səhifəsində bildirib.
Siyarto deyib ki, o, Rusiya energetika nazirinin müavini Pavel Sorokin ilə danışıb və o, ona mütəxəssislərin transformator stansiyasının bərpası üçün çalışdığını, lakin tədarüklərin nə vaxt bərpa olunacağına dair məlumat olmadığını bildirib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:49