mobil versiya

Qazaxıstanda yüngül təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb




Qazaxıstanın Akmola vilayətinin Tselinoqrad rayonunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Nəqliyyat Nazirliyinin məlumatına görə, “Aerostar R40F UP-LA229” yüngül təyyarəsi avqustun 17-də ümumi aviasiya uçuşu zamanı qəzaya uğrayıb.

“Kazinform” agentliyi xəbər verir ki, təyyarədə yanğın baş verməyib.

"Aviasiya hadisələrinin araşdırılması Qaydalarına uyğun olaraq, komissiya yaradılıb. Nəqliyyat Nazirliyinin Qəzaların Araşdırılması Departamentinin əməkdaşları qəza yerinə yola düşüb", - nazirliyin mətbuat xidmətindən bildirilib.

Regional səhiyyə idarəsi həkim briqadaları gələnə qədər iki nəfərin, kişi və qadının hadisə yerində öldüyünü təsdiqləyib.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:38