Azərbaycanda gənclərin yumor hissi başlarına bəla oldu: Polisi təhqir etdiklərinə görə küçə süpürdülər - VİDEO
Gəncədə yol polisinin ələ salındığı videonu çəkən şəxslər saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxslər müəyyən olunaraq, inzibati qaydada cəzalandırılıblar. Onların Gəncədə küçə süpürdüklərinə dair görüntüləri yayılıb.
Xatırladaq ki, bir müddət əvvəl 20 DT 709 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə çəkilən videogörüntülərdə yol polisinin vətəndaşı heç bir əsas olmadan saxlayıb cərimə yazması və ərəb musiqisinin sədaları altında rəqs etməsi təsvir edilib.
Yumor məqsədilə çəkilən görüntülərdə Azərbaycanda yol polisi təhqir edilib.
Belə ki, sürücünü saxlayan yol polisi cərimə yazmaq üçün heç bir səbəb tapmadığı üçün ərəb musiqinin sədaları altında rəqs edərək, sürücüdən beş manat pul almağa çalışır.
MARAQLI / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 25-02-2020, 14:50