mobil versiya

Hadisə ilk dəfə özü qoyduğu qaydanı pozdu





Türkiyənin məşhur müğənnisi Hadisə mediada öz həyatı barədə danışmağı sevməyən, münasibətlərini mümkün qədər gizli saxlayan biri kimi tanınır.

Lakin son zamanlar sevgilisi ilə bağlı yaranan söz-söhbət müğənnini bu “qızıl qaydanı” pozmağa vadar edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Pop ulduz jurnalistlərə açıqlama verib. O, “Xoşbəxtik” deyərək, sevgilisi ilə münasibətlərində böhran olmadığını və həyatlarında hər şeyin öz axarı ilə davam etdiyini bildirib.

Qeyd edək ki, Hadisə və sevgilisi məşhur aktyor Kaan Yıldırım arasında münasibətlərin soyuduğu barədə şayiələr yayılmışdı.


MARAQLI / SON XƏBƏR / KARUSEL / FOTOXƏBƏR
Tarix: 5-03-2020, 14:30