mobil versiya

Xəstəlik vərəqəsi verilməsi qaydaları necə tənzimlənir?



Xəstəlik vərəqəsi verilməsi qaydaları necə tənzimlənir?
Xəstəlik vərəqəsi verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına əsasən tənzimlənir. Bu qərara uyğun olaraq ailə həkiminin müvafiq diaqnozu əsasında xəstəlik vərəqələri verilir. Bu vərəqələr  hər dəfə 3 gündən artıq olmayaraq və ya xəstəlik davam edərsə, 3 gün də əlavə edilməklə, ümumilikdə 6 gündən artıq olmayaraq verilir.

Reportyor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.

Xəstəlik və ya xəsarət nəticəsində sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirdikdə xəstəlik vərəqələri həmin gündən tibb müəssisələrinin həkimləri tərəfindən sənəd formasında tərtib edilir.
Daha sonra təyin olunmuş diaqnoza əsasən vətəndaşa ambulator müalicə təyin olunduqda Həkim Məsləhət Komissiyasının rəyi əsasında 10 gündən cox olmayan müddətə Xəstəlik vərəqəsinin müddəti artırılır.
Xəstəlik vərəqələri sığortaolunanın əmək qabiliyyəti bərpa olanadək və ya tibbi-sosial ekspert komissiyası tərəfindən ona əlillik müəyyən edilənədək qeyri müəyyən vaxtda qədər uzadılır. 
Qeyd edim ki, xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş məsul şəxslərə xəstəni şəxsən müayinə etməsi və tibbi müayinələrin nəticəsini təkrar dəqiqləşdirdikdən sonra müddətin artırılmasına icazə verilir.  Xəstəlik uzun çəkdikdə isə bu müayinələr azı hər 10 gündən bir keçirilməlidir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: Dünən, 10:28