Baloğlanla Nüşabə arasında GƏRGİNLİK - Plov yoxsa Aş
ARB telekanalında yayımlanan “Ona qalsa” verilişində gərgin anlar yaşanıb.
Proqramda əməkdar artistlər Nüşabə Ələsgərli və Baloğlan Əşrəfov arasında mübahisə düşüb. N.Ələsgərlinin milli mətbəximizin təamlarından olan plova aş deməsi Baloğlan Əşrəfovu özündən çıxarıb. O, bildirib ki, aş sözü ilə sulu yeməklərin adları bitir, mətbəximizin tacı sayılan isə plovdur.
“Aş demək düzgün deyil, bu yemək plovdur. Aş sözü ilə sulu yeməklərin adları bitir. Bozbaş, xəmraşı”,- deyə o, sərt şəkildə öz iradını bildirib.
Nüşabə Ələsgərli isə sonuna qədər öz fikrində qalıb.
“Mən necə ki, hər zaman aş demişəm, elə də deyəcəyəm. Məsələ burada bitdi” ,- deyərək özünü müdafiə edib.
SON XƏBƏR
Tarix: 13-02-2020, 15:30