mobil versiya

“Uşaqları çox sevdiyi” üçün OĞURLAYAN QADIN TUTULDU - VİDEO



Ukraynanın paytaxtında, Xmelnitski vilayətinin sakini, 5 yaşlı uşağı valideynlərinin gözü qarşısında oğurlamaq istəyib.

“Ölkə.Az” xəbər verir ki, qadın metro stansiyalarının birində  vaqondan düşərkən, qəflətən yanında dayanan usagı da oradan çıxarıb. Uşaq  anasının və ətrafdakı insanların köməkliyi ilə oğru qadının əlindən alınıb. Polis 32 yaşlı qadını cinayət yerindən qaçmaq istəyərkən saxlayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb. Ukrayna qanunlarına görə, qadını beş ilə qədər həbs cəzası gözləyir. Cinayətkar sadəcə "uşaqları çox sevdiyi" üçün belə bir addım atdığını söyləyib.    
 




SON XƏBƏR / BANNER / KARUSEL / DÜNYA
Tarix: 13-02-2020, 17:00