PA-nın şöbə müdiri: “İnanırıq ki, yeni deputatlar ümidləri tam doğruldacaq”
“Azərbaycanın müstəqillik illərində bütün sahələrdə əldə etdiyi nailiyyətlər həqiqətən yaxın keçmişin uğurlu səhifələridir və yaşadığımız 2020-ci ilin də daha uğurlu olacağına tam əmin ola bilərik”.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.
Məqalədə qeyd edilib ki, bu il fevralın 9-da ölkəmizin demokratik inkişaf tarixinə yeni səhifə yazıldı:
“Tam şəffaf və demokratik şəraitdə keçirilən, 59 beynəlxalq təşkilatın və 58 ölkənin 900-ə yaxın müşahidəçisinin izlədiyi parlament seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi. Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi. İnanırıq ki, VI çağırış Milli Məclisi formalaşdıracaq deputatlar onlara bəslənən ümidləri tam doğruldacaq, Azərbaycanda islahatların uğurla davam etdirilməsinə, qanunvericiliyin ölkənin artan inkişaf sürətinə uyğunlaşdırılmasına, hüquqi dövlətin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər”.
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 19-02-2020, 12:40