mobil versiya

Bakı sakinləri: "Amerika koronavirusu qəsdən yayıb" - VİDEOSORĞU




Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir. Virus daşıyıcılarının sayı isə durmadan artır. Koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.

Epidemiya qonşu İranı da cənginə alıb və bu ölkədə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.
Azərbaycanda da onlarla şəxs koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə, Astara və Cəlilabad rayon mərkəzi xəstəxanalarına yerləşdirilib.
Hazırda həmin şəxslərin müalicəsi davam edir.

“Report”un əməkdaşları koronavirus epidemiyası ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Sorğu iştirakçılarına iki sual ünvanlanıb:
Sizin fikrinizcə koronavirus nədir - süni şəkildə yaradılmış kütləvi qırğın silahı, yoxsa 21-ci əsrin xəstəliyi? Virus və soyuqdəymədən necə qorunursuz?


SON XƏBƏR / KARUSEL / VİDEOXƏBƏR
Tarix: 28-02-2020, 10:45