mobil versiya

Yağış və külək Bakıda binanın dam örtüyünü zədələdi: “Hər an başımıza uçacağından qorxuruq” - VİDEO



Yağışlı və küləkli hava şəraiti paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən doqquzmərtəbəli binanın dam örtüyünə ziyan vurub. 

Bu barədə Oxu.Az-a bina sakinləri tərəfindən məlumat verilib.

Onlar bildiriblər ki, binanın dam örtüyü bir neçə yerdən çatlayıb. 

Sakinlər qeyd ediblər ki, aidiyyəti qurumlara problemlə bağlı müraciət etsələr də, heç bir tədbir görülməyib:

“Binanın dam örtüyü bir neçə yerdən çatlayıb. Yağışlı havada bloka axan suyun qarşısını almaq olmur. Doqquzuncu mərtəbədə yaşayan qonşulardan biri yayda təmir üçün ərizə ilə müraciət edib. Ərizəsinə baxılsa da, heç bir tədbir görülməyib. Binanın lifti də qaydasında işləmir. Yağış şaxtadan töküldüyü üçün liftə minməyə qorxuruq. Blokun girişi də qəzalı vəziyyətdədir. Hər an başımıza uçacağından qorxuruq. 

Bələdiyyəyə müraciət etmişik. Deyirlər ki, bu işə Mənzil Kommunal və Təsərrüfat Birliyi baxmalıdır. Onlara da müraciət edirik, deyirlər ki, rəis işdə yoxdur, gələndə baxarıq. Xahiş edirik, kömək edəsiniz”.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 2-03-2020, 19:25