mobil versiya

Rəqs videosu ilə gündəmə gələn Gülsüm müəllim: "Bu, kənara çıxmamalıydı" - VİDEO




Bir müddət əvvəl sinif otağında rəqs etməsi ilə sosial şəbəkədə müzakirə mövzusuna çevrilən müəllimə XəzərXəbər-ə müsahibə verib.

O, hadisənin təffərrüatlarını danışıb və əslində heç də hər şeyin göründüyü kimi olmadığını bildirib.

Paytaxtın Qaradağ rayonunda yerləşən 184 nömrəli orta məktəbin müəlliməsi Gülsüm Biləndərli bu görüntülərlə sosial mediada müzakirə obyektinə çevrilmişdi.

Müəllimənin rəqs etməsini yorğunluğu çıxarmaq üçün pozitiv addım kimi bəyənənlər olsa da bir çoxları bu davranışı tənqid etmişdi.
Gülsüm Biləndərli bildirir ki, bu hadisə 28 yanvar tarixində olub və həmin videonu ictimailəşdirmək üçün çəkməyib. Görüntünü sosial şəbəkələrdə yayan isə onun iş yoldaşlarından biridir.

Gülsüm Biləndərli bildirir ki, o hər zaman şagirdlərini pozitiv ruhda tərbiyə edib.

Təhsil eksperti Almaz Həsrət isə bildirir ki, müəllimənin hərəkətində hansısa tənqid olunacaq bir məqam yoxdur.

Mütəxəssisin sözlərinə görə, əslində həmin video ilə bağlı tənqid olunacaq şəxs başqasına aid məsələni ictimailəşdirən adamdır.

Onu da qeyd edək ki, görüntülər sosial şəbəkələrdə yayılandan sonra bir sıra şəxslər Gülsüm Biləndərlinin sosial şəbəkə səhifəsinə daxil olaraq ona dəstəklərini ifadə ediblər.



SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 3-03-2020, 11:40