mobil versiya

Azərbaycanda şirkət 1,2 milyon manat cərimələndi




Sabunçu Rayon Məhkəməsi “Call Center” MMC-nin 701 736 ABŞ dolları (təxminən, 1 milyon 200 min manat) cərimə edilməsi barədə qərar çıxarıb.

"Report"un xəbərinə görə, Mərkəzi Bank şirkət barəsində valyuta tənzimi qaydalarını pozulmasına görə inzibati protokol tərtib edib.
Məhkəmə protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

 “Call Center” MMC Sabunçu Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə baxılır.

SON XƏBƏR / KARUSEL
Tarix: 14-03-2020, 18:10