mobil versiya

Azərbaycan Mərkəzi Bankı vətəndaşları onlayn rejimdə qəbul edəcək




Baş nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə martın 16-da verilmiş tapşırıqlar nəzərə alınmaqla, Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

Bu barədə REPORTYOR.AZ quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilib, “Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub.

Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:

- Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.

- Yazılı müraciətlər AMB-də quraşdırılmış məktublar qutusuna atıla bilər;

- Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması (012) 493-50-58 nömrəli qaynar xətt və (012) 493-11-22 nömrəli telefon vasitəsilə həyata keçirilir.

- Vətəndaşların “Skype” proqramı üzərindən [email protected] elektron ünvana zəng etməklə videoqəbulu həyata keçirilir.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 17-03-2020, 14:11