mobil versiya

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi bəyanat yaydı: "Etdikləri çox çirkin və ləyaqətsiz hərəkətləri şiddətlə pisləyirik!"



Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi bəyanat yayıb.



REPORTYOR.AZ həmin bəyanatı təqdim edir:


"Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi son günlər Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyevin Prezidentimizin sərəncamı ilə geri çağırılmasından sonra UABD ( ОДАУ, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu)
təşəbəssü ilə bir qrup "azərbaycanlı"nın Kiyev şəhər restoranlarının birində etdikləri çox çirkin və ləyaqətsiz hərəkətlərini şiddətlə pisləyir və bu barədə ölçü götürürük !

Zamanında Azərbaycan Respublikasının Ukraynadakı səfiri ilə diaspora arasında anlaşmazlıqlar mövcud idi və biz də öz adımızdan Ukrayna ictimaiyyətinə açıqlamadan iradlarımızı bildirmişdik. Nə baş verməsindən asılı olmayaraq Dövlətimizin elçisinə, möhtərəm Prezidentimizin etimad göstərdiyi diplomata qarşı bu aksiya dövlətimizə qarşı atılmış bir addım sayırıq. Hesab edirik ki, bu cür əməllər tək səfirə deyil, bütövlükdə dövlətimizə qarşı təxribatdır. Bir daha bəyan edirik ki, dünya ölkələri içərisində ən böyük azərbaycan diaspora təşkilatı olaraq biz hər zaman Dövlətimizin, Prezidentimizin yanındayıq, dövlət başçımızın siyasi xəttini dəstəkləyirik.

Fürsətdən istifadə edib, Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Elmira xanım Axundovanı təbrik edir və ona şərəfli işində uğurlar arzulayırıq. İnanırıq ki, Elmira xanım Ukrayna və Azərbaycan arasında tarixi dostluq əlaqələrinin daha da inkişaf etdirilməsində və Ukrayna Azərbaycanlıları diasporu ilə daha da sıx əlaqələr quraraq diasporumuzun inkişafında öz töhfələrini əsirgəməyəcək."

REPORTYOR.AZ



SON XƏBƏR / KARUSEL
Tarix: 17-03-2020, 21:47