Çində ölənlərin sayının qat-qat çox olduğu üzə çıxdı
Uhanda 7 böyük dəfn evi hər gün yandırılan 500 adamın qalıqlarını ailələrinə verməyə başlayıb. Bu da daha artıq insanın öldüyünü göstərir.
Sosial media istifadəçiləri gündəlik göstəriciləri hesablamağa çalışır.
Caixin.com xəbər saytı isə təkcə bir gündə bir dəfn evinə 5 min urna göndərildiyini yazıb. Bəzi xəbərlərdə Uhandakı 7 dəfn evinin gündəlik 3500 urnadan istifadə etdiyi deyilir.
Bu evlər aprelin 5-dək, Qing Ming festivalının açılışınadək kremasiyaların başa çatdırılacağına vəd verib.
Təxminlərə görə, bu, bu müddət ərzində 42 min urnanın ailələrə təhvil verilməsi deməkdir. Hesablamalara görə, ölənlərin sayı 46 min 800 nəfərdir.
Vətəndaş cəmiyyətinə yaxın bəzi mənbələr COVID-19 diaqnozu qoyulmayan bir çox adamın evində öldüyünü, 28 min kremasiyanın həyata keçirildiyini bildirib.
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 31-03-2020, 16:26