mobil versiya

BP-nin top-meneceri Zaur Paşayev liftin düyməsini ayağı ilə basdı - VİDEO




Sosial şəbəkələrsə Bakıda yeni elit binalardan birində kişinin lifti ayağı ilə basması barədə qalmaqallı video yayılıb.

Videoda kişi koronavirusdan dezinfeksiya etmək üçün əvvəlcə əllərini spirtlə silir və sonra liftin düyməsini ayağı ilə basır.

Daha sonra sosial şəbəkə istifadəçiləri kişinin şəxsiyyətini müəyyənləşdiriblər. Həmin şəxs BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki torpaq əməliyyatları üzrə regional vitse-prezidenti Zaur Paşayev olduğu ortaya çıxdı.

Zaur Paşayev Azərbaycan, Gürcüstan və Türkiyə üçün idarəetmə qrupuna üzv olmaqla yanaşı, qlobal BP əməliyyatlarının təşkili, quruda aparılan əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli aparılması üçün məsuliyyət daşıyır.

Virtualaz.org
 

SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 31-03-2020, 19:06