mobil versiya

Bakıda Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı keçiriləcək



Heydər Əliyev Mərkəzində "TATE-Hatoryu" qrupunun ifasında "Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı" tədbiri keçiriləcəkdir. 
Tədbir Yaponiya Səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi, ITOCHU, JTI Azərbaycan, ISR Auto, Landmark Bakının dəstəyi ilə 3 fevral tarixində baş tutacaq.
 
Tate özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal bir səhnə performansı olub, döyüş və hadisə filmləri, eyni zamanda səhnə performansları zamanı nümayiş olunan realistik və dinamik səhnələri canlandırır. Bu dəfə Nyu-Yorkda fəaliyyət göstərən məşhur TATE Hatoryu qrupu qonaqlar üçün xüsusi qılınc döyüş səhnələri hazırlayaraq, samuray döyüş növü ilə musiqinin müşayiətində səlis qılınc hərəkətləri ilə çıxış edəcəklər. Qədim yapon ənənələrinə dayanan bu unikal incəsənət növünü yaxından tanımaq fürsətini əldən verməyin!


Tədbirdə iştirak ödənişsizdir və yalnız öncədən qeydiyyatladır! Bunun üçün https://forms.gle/dKUDkawV2hW1RxP88 linkinə (posterdən olan QR koddan da linkə daxil ola bilərsiniz) daxil olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.
Qeydiyyat üçün son tarix: 31 yanvar
 Tədbir günü şəxsiyyət vəsiqələrinizi özünüzlə götürməyi unutmayın! Qeydiyyatdan keçməmiş şəxslər məkana buraxılmayacaq.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 23-01-2023, 12:41