mobil versiya

Yol polisi Bakı-Sumqayıt yolundakı qəza barədə məlumat yayıb



DİN-in Baş DYP İdarəsi Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarənin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumatda bildirilir ki, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub.
Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 9-03-2023, 11:49