mobil versiya

Bəstəkar Şəbnəm Tovuzlunu TƏNQİD ETDİ: “Elə dəhşətli musiqiləri var ki...” - VİDEO



ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişinin növbəti qonağı əməkdar artist Yusif Mustafayev, bəstəkar Məryəm Əlibəyli, müğənnilər Elşad Qarayev və Mehriban Aslan olub.

Efirdə bölgə toylarında ən çox oxunan mahnılardan və onların ifaçılarından söz düşüb. Müğənni Mehriban Aslan bildirib ki, Tovuz-Gəncə-Şəmkir rayonlarında ən çox Şəbnəm Tovuzlunun və Əflatun Qubadovun mahnıları sifariş edilir.

Buna münasibət bildirən bəstəkar Məryəm Əlibəyli onları alt qatda sevilən müğənnilər adlandıraraq musiqilərini dəhşətli musiqilər adlandırıb:

“Onlar alt qatda özlərini “tutmuş” müğənnilərdir. Elə dəhşətli-dəhşətli musiqiləri var ki...”


KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT / VİDEOXƏBƏR
Tarix: 28-10-2019, 16:00