mobil versiya

Bu yolda hərəkət qismən məhdudlaşdırılır



Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 11 aprel saat 02:00-dan 04:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).
Bu barədə AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-04-2023, 17:27