mobil versiya

İranda silahlı qarşıdurma - Ölənlər var


İranın cənub şərqində yerləşən Sistan və Bəlucistan əyalətində silahlı qarşıdurma olub. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. 
AzPolitika.info xəbər verir ki, bununla bağlı informasiya SEPAH-ın “Qüds” qanadının kəşfiyyat və əməliyyat bölmələri ilə ETTELAAT (Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi) əməkdaşlarının birgə bəyanatında qeyd edilib. Bəyanatda bildirilib ki, hökumət qüvvələri bir silahlı şəxsi həbs edib, iki silahlını isə qətlə yetiriblər. Onlara məxsus silah-sursatın ələ keçirildiyi deyilir.
SEPAH həbs edilən və öldürülənlərin ölkədə terror aktı həyata keçirməyi planlaşdırdıqlarını iddia edib.


KARUSEL / DÜNYA
Tarix: 25-05-2023, 15:44