mobil versiya

Amnesty İnternational Əfqanıstanda sərt məhdudiyyətlərin tətbiqini "qadınlara qarşı müharibə" adlandırıb



"Taliban" siyasətləri qadınları ictimai həyatın bütün aspektlərindən kənarlaşdırmaq məqsədi daşıyır. "Taliban"ın hərəkətləri qadınları və qızları ictimai həyatın bütün sektorlarından kənarlaşdırmağa çalışan qrupun ayrı-seçkilik məqsədlərini əks etdirir.
"Khaama Press" xəbər verir ki, bu barədə Amnesty İnternational Əfqanıstanda sərt məhdudiyyətlərin tətbiqini "qadınlara qarşı müharibə" adlandıraraq, qanunu pozanların mühakimə olunmasının vacibliyini vurğulayır.
Bundan əlavə, Amnesty İnternational ən son hesabatında qadınlara yönəlmiş gender əsaslı və ayrı-seçkilik taktikasını nümayiş etdirərək, "Taliban"ın nəzarəti altında olan Əfqanıstanda çoxsaylı insidentləri qeydə alıb. 
Beynəlxalq Amnistiya Təşkilatının hesabatlarına görə, "Taliban"ın əfqan qadınlarını ictimai sahədən sistematik şəkildə repressiya etmək üçün təqib kampaniyası qadın və qızların ictimai həyatdan uzaqlaşdırılması siyasəti "Taliban"ın de-fakto rejimi altında bütün ölkədə davam edir. Amnesty İnternationalın nəticələri həmçinin göstərir ki, "Taliban"ın qadınlara və qızlara qarşı sərt məhdudiyyətləri bir sıra beynəlxalq müqavilələri, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktı və İnsan Hüquqları Konvensiyasını pozur. 
KARUSEL / DÜNYA
Tarix: 29-05-2023, 11:24