mobil versiya

150 min 4-cü sinif şagirdinin monitorinqi aparılacaq


İyunun 10-da təxminən 150 min 4-cü sinif şagirdinin monitorinqi aparılacaq.Trend-in məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə bu gün keçirilən görüşdə deyib.
“Məqsəd həmin uşaqların 4-cü sinfin sonunda oxuyub-anlamaya nə qədər qadir olduqlarını, nələri mənimsədiklərini ölçməkdir”,- deyə E.Əliyev əlavə edib.
Şöbə müdiri bildirib ki, ötən il keçirilən monitorinqdə Azərbaycan dili bölməsi şagirdlərinin nəticəsi, rus bölməsinin şagirdlərindən yüksək olub. Bu monitorinqlərin nəticəsinin şagirdlərin sinifdən-sinifə keçməsinə təsiri yoxdur.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-06-2023, 13:31