mobil versiya

Britaniya Çinin nəzarət cihazlarını hökumət saytlarından yığışdıracaq




Britaniya, Çin tərəfindən casusluq üçün istifadə oluna biləcək narahatlıqları həll etmək planlarının bir hissəsi olaraq, məxfi hökumət saytlarından Çin istehsalı olan müşahidə avadanlıqlarının çıxarılmasını elan edib.

"The Guardian"
xəbər verir ki, hökumət keçən il öz departamentlərinə bildirib ki, məxfi binalarda Çinlə əlaqəli CCTV kameralarının quraşdırılmasını dayandırsınlar.
Satınalma qaydalarının sərtləşdirilməsi ilə bağlı elanda Nazirlər Kabineti belə deyib: "Biz həmçinin Çinin Milli Kəşfiyyat Qanununa tabe olan şirkətlər tərəfindən istehsal olunan nəzarət cihazlarının həssas mərkəzi hökumət saytlarından çıxarılması üçün vaxt cədvəlini dərc etməyi öhdəsinə götürəcəyik."
Bəyanatda konkret şirkətlərin adı çəkilməsə də, deputatlar daha əvvəl Çinin qismən dövlətə məxsus iki firması olan Hikvision və Dahua tərəfindən istehsal olunan təhlükəsizlik kameralarının satışına və istifadəsinə qadağa qoyulmasına çağırıblar ki, onların məhsulları ilə bağlı məxfilik narahatlıqları ölkədə insan hüquqlarının pozulması ilə əlaqələndirilir. Baş nazir Rishi Sunak Çini təhlükəsizlik və rifah üçün dünyanın ən böyük problemi adlandırıb.
Çinin Britaniyadakı səfirliyindən verilən açıqlamada deyilir ki, Çin hökuməti həmişə Çin şirkətlərini bazar prinsiplərinə, beynəlxalq qaydalara və yerli qanunlara uyğun olaraq beynəlxalq investisiya və əməkdaşlıq etməyə təşviq edib.

İngiltərə bu ilin mart ayında hökumət telefonlarında TikTok-u qadağan etdi, 2020-ci ildə isə Huaweini 5G şəbəkəsindən qadağan edəcəyini söyləyib. ABŞ-ın bəzi ştatları bir neçə Çin texnologiya şirkətinin satıcılarına və məhsullarına qadağa qoyub.
KARUSEL / DÜNYA
Tarix: 9-06-2023, 13:47