mobil versiya

Yaponiya Çinin hərbi fəaliyyətinin artmasından və Rusiya ilə yaxınlığından narahatdır



Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi çinli həmkarı Qin Qanq ilə görüşü zamanı Pekini həbsdə olan yapon vətəndaşının vaxtından əvvəl azad edilməsinə çağırıb. 
“Taiwan news” xəbər verir ki, bu, Yaponiya hökumətinin xarici işlər naziri üçün üç ildən artıq müddətdə Pekinə ilk səfəridir, çünki iki ölkə regional gərginliyin artması fonunda ortaq nöqtə axtarır.  
Yaponiyalı nazir deyib ki, ölkəsi həbslərlə bağlı hüquqi prosesdə şəffaflığa can atır və Çindən ədalətli və təhlükəsiz iş mühiti yaratmağı xahiş edib. Lakin o, Çinin reaksiyasını açıqlamayıb.
“Kyodo News”un məlumatına görə, ən azı 16 Yaponiya vətəndaşı 2015-ci ildən bəri Çində casusluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.
Hayaşi həmçinin bildirib ki, Yaponiyanın Çinin hərbi fəaliyyətinin artması, o cümlədən Rusiya ilə yaxınlığı və Şərqi Çin dənizində dəniz varlığı ilə bağlı ciddi narahatlığını çatdırıb:"Biz hər ikimiz milli təhlükəsizlik də daxil olmaqla məsələlər üzrə dialoqun davam etdirilməsinin vacibliyini vurğuladıq".  
Hər iki nazir görüş zamanı Tayvan boğazında sülh və sabitliyin təmin edilməsinin vacibliyi haqqında da geniş müzakirə aparıb. Pekinin öz ərazisi olduğunu iddia etdiyi Tayvanla bağlı regional gərginlik artmaqdadır. Çin Tayvanı öz nəzarəti altına almaq üçün güc tətbiqindən heç vaxt imtina etməyib. Taypeydə demokratik yolla seçilmiş hökumət Pekinin iddialarını rədd edir və deyir ki, onun gələcəyinə yalnız xalqı qərar verə bilər. Yaponiya da avqust ayında Çin ordusu tərəfindən buraxılan beş ballistik raketin Yaponiyadakı Senkaku və Çindəki Diaoyu kimi tanınan mübahisəli adaların yaxınlığında Yaponiyanın müstəsna iqtisadi zonasına düşməsindən sonra diplomatik şikayət edib. Yaponiya və Çin arasında fikir ayrılıqları olsa da, hər ikisi Cənubi Koreya ilə üçtərəfli danışıqlara yenidən başlamaq barədə razılığa gəlib. Hayaşi Qanq ilə görüşdən sonra razılaşmanı  mühüm nailiyyət adlandırıb. 


KARUSEL / DÜNYA
Tarix: 4-04-2023, 16:21