Bakıya gələn Qazaxıstan vətəndaşında külli miqdarda brilyant qaşlar aşkar edilib

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bu barədə məlumat yayıb.
Keçirilmə xüsusiyyəti
Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan Respublikası vətəndaşı “Yaşıl Kanal” buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.
Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin “Qırmızı Kanal”a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub.

Gömrük baxışı və yoxlaması
Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502.524 karat brilyant qaşlar aşkar edilib.
Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.
Faktla bağlı araşdırma aparılır.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 13:22


























