mobil versiya

Yaponiya və Hindistan birgə hərbi təlimlərə başladı



Yaponiya və Hindistan bu gün Tokio yaxınlığında tarixdə ilk dəfə olaraq birgə hərbi təlimlərə başlayıblar.

Bu barədə Yaponiya Müdafiə Nazirliyi xəbər yayıb. Məlumatda deyilir ki, təlimlərdə məqsəd Çinin Hind okeanı və Sakit okean regionunda artan hərbi qüdrəti səbəbi ilə Yaponiya və Hindistanın müdafiə əlaqələrini gücləndirilmək niyyətindədir.
Təlimlərdə Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus dörd Su-30MKI qırıcısı, iki C-17 nəqliyyat təyyarəsi və bir İl-78 yanacaq dolduran təyyarə, Yaponiya HHQ-dən isə dörd F-2 qırıcısı və dörd F-15 qırıcısı iştirak edir.
Hindistan Yaponiyanın ABŞ, Avstraliya, Böyük Britaniya və Almaniyadan sonra bu cür ikitərəfli təlimlər keçirdiyi beşinci ölkədir.

KARUSEL / DÜNYA
Tarix: 16-01-2023, 18:13