mobil versiya

ABŞ Yaponiya ilə genişmiqyaslı hərbi təlimlərə başlayıb



ABŞ və Yaponiya ucqar Tokunosima adalarını müdafiə etmək üçün birgə “Kəskin qılınc” hərbi təliminə başlayıblar.
“Biz hər hansı bir sahədə birgə fəaliyyət qabiliyyətimizi artırmaqla yanaşı, tərəfdaşlığımızı və dostluğumuzu da gücləndirəcəyik. Biz təkcə hərbi tərəfdaş deyilik, həm də dost və qonşuyuq”, - deyə ABŞ komandanlığından bildirilib.
Təlimlərdə ada dövlətindən 26 minə yaxın şəxsi heyət və 20 gəminin, ABŞ-dən isə 10 minə yaxın hərbçi və 10 gəminin iştirak etdiyi bildirilir. Noyabrın 19-dək davam edəcək təlimlərə ballistik raketlərə cavab tədbirləri daxildir.
Mənbə: Kyodo News

DÜNYA
Tarix: 11-11-2022, 15:34