Çin gəmiləri ötən həftə Yaponiya ətrafında fəaliyyətini gücləndirib
Çinə məxsus gəmiləri ötən həftə Yaponiya ətrafında fəaliyyətini gücləndirərək, Tokionun son Milli Təhlükəsizlik Strategiyasında Pekini görünməmiş "strateji çağırış” adlandırmasından sonra açıq-aydın çəkindirmə mesajı verib.
Azad Asiya Radiosunun (RFA) Yaponiya dekabrın 16-da müdafiə ilə bağlı üç sənədi təqdim edib. Sənədlərdə Çin regionun təhlükəsizliyi və sabitliyinə əsas problem kimi göstərilib və diqqət Yaponiyanın əks-hərbə imkanlarını artırmaq yollarına yönəlib: "Çin Sahil Mühafizəsi WeChat-da gəmilərinin Yaponiyanın nəzarəti altında olan, lakin Çinin də iddia etdiyi Senkaku adaları üçün Çin adından istifadə edərək, "Çərşənbə günü Diaoyu adalarını əhatə edən Çin ərazi sularında patrul etdiyini söyləyib".
Ərazi suları ada sahillərindən 12 dəniz mili içərisinə düşür.
Tokio tez-tez Pekini Senkaku adaları üzərindəki suverenliyini pozmaqda ittiham edir.
Yaponiya Müdafiə Nazirliyinin Birgə Qərargahı mətbuata açıqlamasında bildirib ki, Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan Liaoning və müşayiət edən döyüş gəmiləri dekabrın 16-dan etibarən Qərbi Sakit okeanda təlimlər keçirir.
Yaponiya Nazirliyindən RFA-ya verilən məlumata görə, ötən həftə Liaoning Yaponiyanın cənubundakı Okidaito adası və Kitadaito adasının ətrafında fəaliyyət göstərərkən təxminən 130 təyyarə döyüş uçuşuna ev sahibliyi edib.
KARUSEL / DÜNYA
Tarix: 26-12-2022, 20:13